AZ

Serbiya prezidenti Azərbaycanla silah tədarükündən DANIŞDI

Serbiya prezidenti Aleksandr Vuçiç xalqa müraciətində ölkənin bağlanmış müqavilələrə uyğun olaraq hərbi məhsulların istehsalı və ixracı ilə məşğul olduğunu vurğulayıb.

Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla bildirir. Onun sözlərinə görə, Belqradın haqq qazandıracaq heç nəyi yoxdur və Serbiyanın yalnız üç ölkə - Azərbaycan, Kipr və Birləşmiş Ərəb Əmirlikləri ilə silah tədarükü müqaviləsi var.

“Ehtiyatlı olun, biz silah və ya alətlər ixrac etmirik. Məhz ona görə ki, biz özümüzü müdafiə edə bilək və serb silahları ilə rus, ukraynalı və ya başqa heç bir qardaşımız öldürülməsin”, - Vuçiç vurğulayıb.

O bəyan edib ki, bu mövzunun Qərb və regional mediada təbliği Serbiya-Rusiya münasibətlərini çətinləşdirməyə yönəlib. Vuçiç Kremlin sözçüsü Dmitri Peskovu “müxtəlif xidmətlərin oyunlarına” aldanmayan ağıllı adam adlandırıb. Onlar növbəti təmaslar zamanı silah tədarükü mövzusunu müzakirə etmək barədə razılığa gəliblər.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
13
qaziler.az

10Mənbələr