AZ

Serbiya hərbi sursatı Ukraynada necə peyda olur? -PESKOVDAN AÇIQLAMA

Rusiya Serbiyanın Qərbə satdığı sursatın bir hissəsinin Ukraynada peyda olması barədə məlumatları dəqiqləşdirmək niyyətindədir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Biz bu məlumatları gördük. Bu mövzu ilə serb dostlarımızla təmasdayıq”, - deyə, Peskov qeyd edib.

Xatırladaq ki, Serbiya prezidenti Aleksandr Vuçiç daha əvvəl bildirmişdi ki, Qərbdən Ukraynaya serb sursatlarının daxil olması ilə bağlı məlumat doğru ola bilər.

Seçilən
162
13
ikisahil.az

10Mənbələr