AZ

“Sabah”dan 400 min avroluq transfer

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “futuristlər” Xorvatiyanın “Slaven” klubundan İvan Lepinyiça ilə razılaşıb. Bu barədə “Germanijak” nəşri məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçinin “Sabah”la razılığa gəldiyi bildirilib. Azərbaycan təmsilçisi oyunçu üçün Xorvatiya klubuna 400 min avro təzminat ödəyəcək.

İvan ötən mövsüm “Slaven”də 28 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha əvvəl “Riyeka” (Xorvatiya) və “Arminiya”da (Almaniya) forma geyinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
futbolpress.az

7Mənbələr