AZ

"Sabah"dan 700 minlik transfer

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Publika.az xəbər verir ki, “bayquşlar” Xorvatiyanın “Slaven” klubundan İvan Lepinyiça ilə razılaşıb. Bu barədə “Germanijak” nəşri məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçinin Bakı təmsilçisi ilə razılığa gəldiyi bildirilir. “Sabah” oyunçu üçün Xorvatiya klubuna 400 min avro (təqribən 730 min manat) təzminat ödəyəcək.

Qeyd edək ki, İvan ötən mövsüm “Slaven”də 28 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha əvvəl “Riyeka” (Xorvatiya) və “Arminiya”da (Almaniya) forma geyinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
publika.az

7Mənbələr