AZ

Azad edilmiş ərazilərdə daha 187 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (17.06.2024 -23.06.2024) açıqlanıb.

ANAMA-dan Olaylar-a bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 79 piyada əleyhinə mina, 108 tank əleyhinə mina, 204 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 946,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
41
31
olaylar.az

10Mənbələr