AZ

ANAMA: Ötən həftə 885 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

ANAMA:

Bakı, 29 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyulun 22-dən 28-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb. ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Şuşa, Laçın, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 66 mina, tank əleyhinə 31 mina, 898 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Beləliklə, 885 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Seçilən
73
13
azertag.az

10Mənbələr