AZ

27 il sonra ata oldu- “ Özümü yenidən doğulmuş kimi hiss edirəm”

Həkimlərin uşaq sahibi ola bilməyəcəyini dediyi Melih Apaydın adlı şəxs (47 yaş) 27 ilin sonunda övlad sahibi olub. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sevindirici hadisə Türkiyənin Muğla bölgəsində baş verib. 

Belə ki,  Apaydın anadangəlmə azospermiya (kişi cinsiyyət orqanında sperma çatışmazlığı) ilə mübarizə aparıb. 

Uşaqlıq illərində keçirdiyi əməliyyatla vəziyyəti normala qaytarılıb.  Lakin həkimlər Apaydının uşaq sahibi ola bilməyəcəyini ailəsinə bildiriblər.  

Bu, onun 1997-ci ildəki ilk evliliyinin beş il sonra bitməsinə səbəb olub. 
7 il əvvəl İpek Apaydınla (38 yaş) ikinci dəfə ailə quran Melih Apaydın uşaq sahibi olmaq arzusunu həyata keçirmək üçün yenidən ümidlənib və arzusu çin olub. 

Qeyd edək ki, uşaq süni mayalanma ilə dünyaya gəlib. 

Oksana 
Seçilən
111
5
azxeber.com

6Mənbələr