"Parlament seçkilərində iştirakımla bağlı düşünürəm, hələ qəti qərarım yoxdur. Hazırda şəraiti öyrənirəm”.
Mia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.
O, seçkidə iştirakı ilə bağlı qəti qərar verdiyində namizədliyini hansı dairədən irəli sürəcəyini müəyyənləşdirəcəyini açıqlayıb: "Seçkiyə bölgələrdən qatılacam. Əvvəlki seçki dairəmin nömrəsi dəyşib. Amma öz dairəmdən getmək istəyərdim”.
MİA.AZ