AZ

Azərbaycanda ilk dəfə bəzi tələbələr ikili diplom əldə edəcəklər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ölkəmizdə ilk dəfə olaraq peşə təhsil sistemində COP29 ili çərçivəsində yeni ixtisaslar yaradılır.
Oxu.Az xəbər verir ki, 2024-2025-ci tədris ili üzrə Peşə Təhsil Mərkəzinə qəbul yerlərinin sayı 3 dəfədən çox artırılaraq 600 tələbəyə çatdırılıb.
Bu il qəbul 13 ixtisas üzrə həyata keçiriləcək. Mərkəzə qəbul olan tələbələr həm dövlət hesabına, həm də ödənişli əsaslarla təhsil ala bilərlər.
Tədris müddətində dövlət sifarişi əsasında təhsil alan tələbələr təqaüdlə təmin edilirlər. Yüksək texniki peşə təhsilini müvəffəqiyyətlə başa vuran tələbələr imtahansız (birbaşa) universitetə qəbul olmaq şansı əldə edirlər.
Mərkəz tərəfindən tələbələrə iş tapmalarında daim dəstək göstərilib, belə ki 70 faizdən çox tələbə müxtəlif sahələrdə işlə təmin edilib.
Bildirilib ki, bu il Peşə Təhsil Mərkəzini 10 ixtisas üzrə 114 tələbə bitirir.
Mərkəzdə tələbələr ilk dəfə olaraq İsveçrə Universitetinin diplomunu da əldə edə biləcəklər. Azərbaycanın peşə təhsil sistemində ikili diplom ancaq bu mərkəzdə verilir. İsveçrənin universiteti "SMBS – Swiss Montreux Business School" arasında əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq Peşə Təhsil Mərkəzində ikili diplom proqramından istifadə olunacaq. İlkin mərhələdə "İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik" ixtisası üzrə təhsil alan tələbələr bu proqramdan faydalanacaqlar.
COP29 ili çərçivəsində ilk dəfə olaraq peşə təhsil sistemində yeni ixtisas (Alternativ enerji qurğu və avadanlıqlarının istismarı) yaradılıb ki, bu ixtisas üzrə də İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzinə 2 qrup üzrə 40 nəfər tələbənin qəbulu nəzərdə tutulur.
Qeyd edək ki, İZİA-nın Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq "Məzun günü" keçirilib. Tədbirdə tələbələrlə yanaşı, onların ailə üzvləri, Mərkəzin müəllim və işçi heyəti, eləcə də dövlət və özəl qurumları təmsil edən qonaqlar iştirak ediblər.
Nəzrin Vahid
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
50
oxu.az

10Mənbələr