AZ

Qəzzaya yardım karvanında dəhşətli qəza: 2 əsgər öldü, 2-i yaralandı

İordaniyadan Qəzzaya yardım aparan 3 yük maşınının aşması nəticəsində 2 İordaniya əsgəri həlak olub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İordaniya ordusunun internet saytında verilən yazılı açıqlamada, dünən Qəzza zolağına gedən humanitar yardım karvanının tərkibində olan 3 hərbi yük maşınının aşdığı bildirilib.
 
Açıqlamada paytaxt Əmmanın qərbində Ölü dəniz bölgəsi yaxınlığında baş verən qəzada 2 əsgərin həyatını itirdiyi, 2 əsgərin isə yaralandığı bildirilib və humanitar yardımın bölgəyə göndərilməsinin davam etdiriləcəyi bildirilib. 

Hökumətə bağlı İordaniya Haşimilərə Yardım Təşkilatının məlumatlarına görə, Əmman hökuməti dekabr ayından Qəzza zolağına 2110 humanitar yardım maşını göndərib. 
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
33
azxeber.com

10Mənbələr