AZ

Türkiyəli diplomat: Nikol Paşinyan Rusiyanı qarşısına almaqla atəşlə oynayır

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanı qarşısına almaqla atəşlə oynayır. Çünki nə ABŞ, nə də Fransa region ölkəsidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin Los- Ancelesdəki keçmiş baş konsolu Gülru Gezer “Cənubi Qafqazda sülh üçün fürsət pəncərəsi daralırmı?” sərlövhəli məqaləsində yazıb.

O qeyd edib ki, Rusiya Ukraynadakı müharibə ilə bağlı yorulmuş ola bilər, amma Qafqazdakı maraqlarından imtina etməyib: “Rusiya Ermənistanın Qərblə yaxınlaşmasını, Avropa İttifaqı və NATO ilə əlaqələrin inkişafını istəmir. Rusiya iki ölkə yekun sülh sazişinə dəstək verdiyini dəfələrlə bəyan edib. Amma Qərblə yaxınlaşan Paşinyanın hakimiyyətdə qalmasına o qədər də isti yanaşmır”.

Diplomatın fikrincə, ABŞ, Fransa və bəzi Qərb ölkələri Cənubi Qafqazda daimi sülhdə səmimidirlərsə, hər şeydən əvvəl öz ölkələrindəki erməni diasporuna təsir etməlidir: “Ermənistan Rusiyaya qaşı “kozır” olaraq istifadə edilməməlidir. Həmçinin Bakı ilə İrəvan arasındakı birbaşa təmaslar təşviq edilməlidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
2
operativmm.az

2Mənbələr