AZ

RegionTürkiyəli diplomat: Nikol Paşinyan Rusiyanı qarşısına almaqla atəşlə oynayır

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanı qarşısına almaqla atəşlə oynayır. Çünki nə ABŞ, nə də Fransa region ölkəsidir.

“Report” xəbər verir ki, bunu Türkiyənin Los- Ancelesdəki keçmiş baş konsolu Gülru Gezer “Cənubi Qafqazda sülh üçün fürsət pəncərəsi daralırmı?” sərlövhəli məqaləsində yazıb.

O qeyd edib ki, Rusiya Ukraynadakı müharibə ilə bağlı yorulmuş ola bilər, amma Qafqazdakı maraqlarından imtina etməyib: “Rusiya Ermənistanın Qərblə yaxınlaşmasını, Avropa İttifaqı və NATO ilə əlaqələrin inkişafını istəmir. Rusiya iki ölkə yekun sülh sazişinə dəstək verdiyini dəfələrlə bəyan edib. Amma Qərblə yaxınlaşan Paşinyanın hakimiyyətdə qalmasına o qədər də isti yanaşmır”.

Diplomatın fikrincə, ABŞ, Fransa və bəzi Qərb ölkələri Cənubi Qafqazda daimi sülhdə səmimidirlərsə, hər şeydən əvvəl öz ölkələrindəki erməni diasporuna təsir etməlidir: “Ermənistan Rusiyaya qaşı “kozır” olaraq istifadə edilməməlidir. Həmçinin Bakı ilə İrəvan arasındakı birbaşa təmaslar təşviq edilməlidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
2
far.az

2Mənbələr