AZ

Sürücülərin nəzərinə - bu küçədə hərəkət məhdudlaşdırılır

Bakının Xətai rayonunun Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinə qədər) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar bu gündən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır.

Bakıvaxtı.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, məhduddiyət təmir işləri bitənə qədər qüvvədə olacaq.

Qurum sürücülərdən aparılan işlərə anlayışla yanaşmağı, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi xahiş edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
14
bakivaxti.az

10Mənbələr