AZ

Sürücülərin nəzərinə! Bu küçədə təmir işləri aparılır

Bakının Xətai rayonunun Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinə qədər) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar bu gündən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır.

SeherXeber.org bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq.

Qurum sürücülərdən aparılan işlərə anlayışla yanaşmağı, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi xahiş edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
14
seherxeber.org

10Mənbələr