AZ

“ATACMS“ ABŞ mütəxəssislərin iştirakı olmadan atıla bilməz“ - Rus səfir

"Amerika istehsalı olan ATACMS raketləri ilə Sevastopolun atəşə tutulması ABŞ hakimiyyətinin beynəlxalq terrorizmin tərəfində olduğunu nümayiş etdirdi".

News365.az xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib. Diplomatın sözlərinə görə, Ağ Ev nümayişkaranə şəkildə Kiyev rejiminin cinayətlərini dəstəkləyir və "banderaçı"ların mülki şəxslərə hücumlarına göz yumur.

“Ukrayna Silahlı Qüvvələrinin qanlı əməllərinə heç bir bəraət qazandırmaq olmaz. Amerikalılar okeanın o tayında oturub günahsız insanların tökülə qanlarına və göz yaşlarına görə məsuliyyətdən yayına bilməzlər”, - deyə Anatoli Antonov bildirib. O, əlavə edib ki, "ATACMS" raketlərindəki kasetli sursatlar amerikalı mütəxəssislərin iştirakı və ABŞ kəşfiyyatının dəstəyi olmadan atıla bilməz.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
50
news365.az

10Mənbələr