AZ

Aztəminatlı insanlar uşaq sahibi olmaq istəmirlər

Yazını böyüt
Yazını kiçilt

Rus ailələrinin uşaq sahibi olmaq qərarında ən çox təsir edən amil maddi durumdur. Yeni araşdırma, uşaq sahibi olmağı planlaşdıran ailələrin aylıq gəlirinin əksər hallarda ən azı 80-120 min rubl (900-1400 dollar) arasında olduğunu müəyyən edib.

Hafta.az-ın yazdığına görə, ancaq bu gəlir qrupunda belə uşaq sahibi olmağı düşünənlərin nisbəti 23 faizi keçmir. Ən yüksək nisbətə malik gəlir qrupu, yüzdə 26 ilə ayda 120 min rubldan çox qazananlardır. Aylıq gəliri 20 ilə 80 min rubl arasında olanlar üçün dərəcə 16 faizə enir.

“Yakov i Partnyori”nin “Romir”lə birgə apardığı araşdırmadan xəbər verən RBC qəzeti də kiçik şəhərlərdə yaşayan insanların uşaq sahibi olmağa daha çox meylli olduqlarını yazır.

Əhalisi 100 mindən az olan şəhərlərdə bu nisbətin yüzdə 22 olduğu təsbit edilib. Moskva və Sankt Peterburq kimi böyük şəhərlərdə uşaq sahibi olmaq istəyənlərin nisbəti 16 faizdə qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
hafta.az

2Mənbələr