AZ

Rusiyada aztəminatlı insanlar uşaq sahibi olmaq istəmirlər - SƏBƏB

Rus ailələrinin uşaq sahibi olmaq qərarında ən təsirli faktor hələ də maddi vəziyyətdir.

Ednews xəbər verir ki, yeni araşdırma, uşaq sahibi olmağı planlaşdıran ailələrin aylıq gəlirinin əksər hallarda ən azı 80-120 min rubl (900-1400 dollar) arasında olduğunu üzə çıxarıb. Ancaq bu gəlir qrupunda belə uşaq sahibi olmağı düşünənlərin nisbəti 23 faizi keçmir. Ən yüksək nisbətə malik gəlir qrupu, yüzdə 26 ilə ayda 120 min rubldan çox qazananlardır. Aylıq gəliri 20 ilə 80 min rubl arasında olanlar üçün dərəcə 16 faizə enir. Yakov i Partnyori-nin Romirlə birgə apardığı araşdırmadan xəbər verən RBC qəzeti də kiçik şəhərlərdə yaşayanların uşaq sahibi olmağa daha çox meylli olduğunu yazır. Əhalisi 100 mindən az olan şəhərlərdə bu nisbətin yüzdə 22 olduğu təsbit edildi. Moskva və Peterburq kimi böyük şəhərlərdə uşaq sahibi olmaq istəyənlərin nisbəti 16 faiz olaraq qalıb.

 

Xəyal Ramiz 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
ednews.net

2Mənbələr