Bu ilin yazında baş vermiş irimiqyaslı daşqınlardan sonra Qazaxıstanda neft hasilatı qrafik üzrə aparılır, plan 100%-ə yaxın yerinə yetirilib.
"APA-Economics"in Qazaxıstan Baş Nazirinin rəsmi məlumat resursuna istinadən verdiyi məlumata görə, bunu baş nazirin müavini, milli iqtisadiyyat naziri Nurlan Baybazarov bildirib.
"Neft hasilatı baxımından biz qrafik üzrə gedirik - plan 99,9% yerinə yetirilib. Hasilatın minimal azalması Atırau vilayətində yerləşən yataqlarla bağlı olub", - Nurlan Baybazarov qeyd edib.
Onun sözlərinə görə, bu gün Qazaxıstan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edir, ayrı-ayrı sektorlar üzrə artım templəri ötən ilin analoji dövrlərinin göstəricilərini üstələyir.