AZ

Bu ölkənin dövlət borcu son 63 ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniyanın dövlət borcu may ayında 2,74 trilyon funt-sterlinqə (3,47 trilyon dollar) çatıb və bu, ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 99,8%-ni təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə Britaniya Milli Statistika İdarəsi məlumat yayıb.

Bu, ölkə üçün son 63 ilin rekord göstəricisidir.

Böyük Britaniyanın borcunun ÜDM-ə nisbəti sonuncu dəfə 1961-ci ildə 100 %-ə yaxın olub. O zaman bu göstərici 99,4 % olub. Ötən ilin mayında isə ölkənin dövlət borcu ÜDM-in 96,1 %-ni təşkil edib.

“Növbəti maliyyə nazirini maliyyə “pandora qutusu” gözləyir. Faiz dərəcələri yüksək qalacaq, borcun azaldılması çətinləşəcək, xərc təzyiqləri isə artmaqda davam edəcək”, - KPMG məsləhət şirkətinin Böyük Britaniya bölməsinin baş iqtisadçısı Maykl Stelmax bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
73
7
banco.az

10Mənbələr