AZ

Bu ölkənin dövlət borcu son 63 ilin ən yüksək səviyyəsinə çatdı

Mayın sonunda Böyük Britaniyanın dövlət borcu 2,74 trilyon funt sterlinq və ya Ümumi Daxili Məhsulun (ÜDM) 99,8 %-ni təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsi məlumat yayıb.

Bu, ölkə üçün son 63 ilin rekord göstəricisidir.

Böyük Britaniyanın borcunun ÜDM-ə nisbəti sonuncu dəfə 1961-ci ildə 100 %-ə yaxın olub. O zaman bu göstərici 99,4 % olub. Ötən ilin mayında isə ölkənin dövlət borcu ÜDM-in 96,1 %-ni təşkil edib.

Seçilən
83
8
publika.az

10Mənbələr