Bu gün Avro-2024-də qrup mərhələsinin 3-cü turuna start verilib.
“İki sahil” xəbər verir ki, A qrupunda mübarizə aparan Almaniya ilə İsveçrə pley-offa-a vəsiqə qazanıb.
Qeyd edək ki, son turda İsveçrə ilə Almaniya (1-1), Şotlandiya isə Macarıstanla (0-1) qarşılaşıb.
3-cü turun oyunlarından sonra Almaniya 7 xalla birinci, İsveçrə 5 xalla ikinci, Macarıstan 3 xalla üçüncü, Şotlandiya isə 1 xalla qrup mərhələsini sonuncu yerdə başa vurub.
Məhərrəm Ağalaroğlu, “İki sahil”