AZ

AVRO-2024: Almaniya və İsveçrə 1/8 finalda

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin III turuna start verilib.


Sportnet.az xəbər verir ki, günün hər iki oyunu A qrupunda baş tutub.

Daha əvvəl 1/8 finala vəsiqəni təmin edən Almaniya millisi İsveçrə ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

İsveçrənin heyətində Dan Ndoye, Almaniyada isə Niklas Fullkruq fərqləniblər.

Digər görüşdə Şotlandiya Macarıstanı sınağa çəkib. Görüş macarların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 7-yə çatıran Almaniya seçməsi qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. İsveçrə millisi isə 5 xalla qrupu ikinci pillədə başa vurub və növbəti tura çıxıb.


Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
6
sportnet.az

5Mənbələr