AZ

Almaniya qrup lideri olaraq 1/8 finalda!

Image

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin III turuna start verilib. Günün hər iki oyunu A qrupunda baş tutub. Daha əvvəl 1/8 finala vəsiqəni təmin edən Almaniya millisi İsveçrə ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

İsveçrənin heyətində Dan Ndoye, Almaniyada isə Niklas Fullkruq fərqləniblər. Bu nəticədən sonra xallarını 7-yə çatdıran Almaniya seçməsi qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. İsveçrə millisi isə 5 xalla qrupu ikinci pillədə başa vurub və növbəti tura çıxıb. Digər görüşdə Şotlandiya Macarıstanı sınağa çəkib. Görüş macarların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Mətləb





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
6
baki-xeber.com

5Mənbələr