AZ

Bakıda dəhşətli hadisənin səbəbi bilindi

Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 79 ünvanında liftin qırılması ilə bağlı bəzi detallar məlum olub.
 
Belə ki, 17 mərtəbəli binanın 7-ci mərtəbəsində liftin trosu qırılıb.
 
Nəticədə beş qadın xəsarət alıb.
 
Məlum olub ki, lift qəzalı vəziyyətdədir və dörd nəfərdən artıq insanın istifadə etməsi qadağandır. Bu barədə hətta ərazidə yaşayanlara xəbərdarlıq olunub.
 
Sakinlərin sözlərinə görə, qadın qışqırıq səsləri eşidiblər və liftdə yeddi nəfərin olduğu məlum olub.
 
Ətraflı Baku TV-nin süjetində:
18:36
 
Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 79 ünvanında liftin qırılması və yaralıların olması hadisəsinin təfərrüatı açıqlanıb.
 
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbi ilə çağırış daxil olub.
 
"Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb. Xəsarət alanlar təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar", - məlumatda deyilir.
 
18:24
 
Bakıda dəhşətli hadisə baş verib.
 
Baku.ws xəbər verir ki, çoxmərtəbəli yaşayış binalarının birində liftin trosu qırılıb.
 
Nəticədə lift şaxtaya düşüb. Hadisə Ağa Nemətulla küçəsi 79 ünvanında qeydə alınıb.
 
Bədbəxt hadisə zamanı xəsarət alanların olduğu qeyd edilib.
 
Sözügedən ərazidən görüntüləri təqdim edirik:

 

 

Seçilən
80
8
moderator.az

9Mənbələr