AZ

“Mercedes”lə velosipedçini vurdu

Ağdamda minik avtomobili velosipedlə hərəkətdə olan 15 yaşlı uşağı vurub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

 

2009-cu il təvəllüdlü Hüseynli Vüsal Ramil oğlu velosipedlə yolu keçmək istəyərkən “90-UX-771” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı minik avtomobili onu vurub. Vüsal Hüseynli təcili-tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
88
6
modern.az

10Mənbələr