Sabirabadda qəza olub, 6 nəfər xəsarət alıb
News24.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Sabirabad rayonunun Qaralar kəndi ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsindən 6 nəfər müxtəlif dərəcəli bədən xəsarət alıb. Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 6 nəfərdən 2-nin vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.