Xalq artisti Nurəddin Mehdixanlı sosial şəbəkədə arxiv fotosunu paylaşıb.
Day.Az axşam.az-a istinadən bildirir ki, 28 il əvvəl lentə alınan şəkildə sənətçinin anası və övladları yer alıb. O, paylaşımına bu sözləri yazıb:
"Ata Yurdunda. Anam, qızlarım Ayturan, Alagöz və oğlum Ərturan. Cəlilabad, Tahirli kəndi. 1996-cı il".