AZ

İyunun 24-ü Krım və Sevastopolda matəm günü elan edilib

...İyunun 24-ü Krım və Sevastopolda matəm günü elan edilib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə respublika rəhbəri Sergey Aksyonov və şəhərin rəhbəri Mixail Razvojayev bildiriblər.

Matəmlə əlaqədar bütün mədəni, idman və digər kütləvi tədbirlər ləğv ediləcək. Televiziya və radioda əyləncəli proqramlar yayımlanmayacaq.

Qeyd edək ki, iyunun 23-də günortadan sonra Sevastopol şəhər çimərliyi üzərində kaset başlıqları ilə təchiz edilmiş Amerikaya məxsus ATACMS raketi partlayıb. Ümumilikdə beş raket atılıb ki, onlardan dördü insanların sıx olduğu yerlərə yaxınlaşarkən vurulub.

Beş dinc sakin həlak olub, yüzdən çox insan yaralanıb. Ukrayna Silahlı Qüvvələrinin raket hücumu faktı əsasında İstintaq Komitəsi Cinayət Məcəlləsinin 205-ci maddəsi “Terror aktı” ilə cinayət işi açıb.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
35
sia.az

10Mənbələr