AZ

Mançester hava limanında elektrik enerjisi kəsildi - Uçuşlar dayandırıldı

İngiltərənin Mançester hava limanı elektrik enerjisinin kəsilməsi səbəbindən fəaliyyətini dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Sky News" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, elektrik enerjisinin kəsilməsi əvvəlcə gözlənildiyi kimi daha geniş bölgəyə deyil, yalnız hava limanına təsir edib. Hadisənin səbəbi barədə məlumat verilməyib.

Bu hava limanına gedən uçuşlar Böyük Britaniyanın digər hava limanlarına yönləndirilir. Bu hava limanından uçmağı planlaşdıran sərnişinlərə oraya getməmələri tövsiyə olunur və hər hansı əlavə məlumat üçün öz aviaşirkətləri ilə əlaqə saxlamaları tövsiyə olunur.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
35
bizim.media

10Mənbələr