Bakı. Trend:
Bu gün Gürcüstanın Batumi şəhərində şahmat üzrə Dünya Kubokustart götürəcək.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, FİDE-nin yeni yarışında 8, 10 və 12 yaş qruplarıüzrə oğlanlar və qızlar mübarizə aparacaq.
Azərbaycanı yarışda 14 zəka sahibi təmsil edir. Batumidə MahirVahidov, Daniel Konovalov, Yağmur Muradlı, Zərinə Mustafayeva(U-8), Yasin Əzimov, Səfa Hümmətov, Məhəmməd Kazımzadə, MehribanƏhmədli, Xədicə Babazadə (U-10), Şəmsi Qaraxanov, Suat İbrahimli,Əsnad Baxşızadə və Leyla Mirzəliyeva (U-12) çıxış edəcəklər.Yığmamız turnirdə Fərid Abbasovun rəhbərliyi altında çıxışedəcək.
Qeyd edək ki, Dünya Kubokuna 37 ölkədən şahmatçılar qatılıb.