AZ

Batumidə şahmat üzrə Dünya Kuboku start götürür

Bu gün Gürcüstanın Batumi şəhərində şahmat üzrə Dünya Kuboku start götürəcək. Sport24.az xəbər verir ki, FİDE-nin yeni yarışında 8, 10 və 12 yaş qrupları üzrə oğlanlar və qızlar mübarizə aparacaq.
 
Azərbaycanı yarışda 14 şahmatçı təmsil edir. Batumidə Mahir Vahidov, Daniel Konovalov, Yağmur Muradlı, Zərinə Mustafayeva (U-8), Yasin Əzimov, Səfa Hümmətov, Məhəmməd Kazımzadə, Mehriban Əhmədli, Xədicə Babazadə (U-10), Şəmsi Qaraxanov, Suat İbrahimli, Əsnad Baxşızadə və Leyla Mirzəliyeva (U-12) çıxış edəcəklər.
 
Qeyd edək ki, Dünya Kubokuna 37 ölkədən şahmatçılar qatılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
2
sport24.az

4Mənbələr