AZ

Ağstafada şadlıq sarayında baş verən zəhərlənmə ilə bağlı araşdırma başlayıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyininmütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə Ağstafarayonunda fəaliyyət göstərən “İnci” şadlıq sarayında baş verənhadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı dərhalaraşdırmalara başlanılıb.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumatverilib.

Hadisənin baş verdiyi axşam saatlarında Agentliyin əməkdaşlarıtərəfindən aidiyyəti qurumlarla birgə həm şadlıq sarayına, həm dəqidaların hazırlandığı yerlərə baxış keçirilərək müvafiq tədbirlərgörülüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, rayonun Aşağı Göycəlikənd sakini Piriyev Məkan Rafiq oğlunun təşkil etdiyi toymərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminəriayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayındaistehlaka təqdim olunub. Həmin qidalardan nümunələr götürülərəklaborator analizlərə cəlb edilib. Analizlərin nəticələri ilə bağlıictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, hadisə ilə əlaqədar Ağstafa rayon MərkəziXəstəxanasına müraciət edən şəxslərin hər birinə tibbi yardımgöstərildikdən sonra evə buraxılıblar.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
47
az.trend.az

10Mənbələr