AZ

"İnci"də kütləvi zəhərlənmə

Ağstafada toyda kütləvi zəhərlənmə olub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə Ağstafa rayonunda fəaliyyət göstərən "İnci" şadlıq sarayında baş verən kütləvi zəhərlənmənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma başlanılıb. AYNA xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Məlumata görə, ilkin araşdırmalar zamanı məlum olub ki, rayonun Aşağı Göycəli kənd sakini Məkan Rafiq oğlu Piriyevin təşkil etdiyi toy mərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminə riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında istehlaka təqdim olunub. Həmin qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib. Analizlərin nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, hadisə ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına müraciət edən şəxslərin hər birinə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
46
ayna.az

10Mənbələr