İsrail ordusundan verilən yazılı açıqlamada zirehli qüvvələrin ehtiyatda olan zabiti 25 yaşlı Malkia Qrossun Qəzza zolağının cənubunda həyatını itirdiyi bildirilib.
Beləliklə, Qəzza zolağına hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana ölən İsrail əsgərlərinin sayı 313-ü quru işğal prosesində olmaqla 665-ə yüksəlib.
Bu günə qədər hücumlar zamanı 3894 əsgər və zabit yaralanıb, onlardan 1977-si quru işğalı zamanı olub.