AZ

Elmi-Tədqiqat Pediatriya İnstitutunun əməkdaşı Qazaxıstanda beynəlxalq konfransda çıxış edib

Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsinin tibb bacısı Arzu Muradova Qazaxıstan Respublikasında keçirilən “Sağlam nəsil - Qazaxıstanın gələcəyidir” adlı 2-ci beynəlxalq konfransda iştirak edib.
 
Bu barədə Aztibb.az-a İnstitutdan məlumat verilib.
 
Beynəlxalq konfransda Arzu Muradova “Vaxtından əvvəl yenidoğulmuş körpələrdə akustik stres, onların əmələ gəlmə səbəbləri və aradan qaldırılma üsulları” mövzusunda təqdimatla çıxış edib.
Seçilən
119
aztibb.az

1Mənbələr