AZ

Beş dollara alınan qədim Maya vazası Meksikaya qaytarıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İtirilmiş qədim Maya vazası Meksikaya qaytarılıb.
2019-cu ildə ABŞ-dən olan qadın En Li Dozye artefaktı 5 dollardan (təxminən 8 manata - red.) ucuz qiymətə alıb. Amerikalı düşünüb ki, obyektin yaşı bir neçə onillikdən çox deyil.
Lakin qadın bu ilin yanvar ayında iş üçün Mexikoya gedib və Milli Antropologiya Muzeyini ziyarət edib. O, burada evdəki ilə heyrətamiz dərəcədə oxşar olan digər Maya vazalarını görüb. Dozye ev əşyasının fotoşəkillərini Antropologiya Muzeyinə təqdim edib və məlum olub ki, vazanın təxminən 1200-1800 yaşı var.
Meksikanın ABŞ-dəkı səfiri amerikalı qadına vazanın qaytarılmasına görə təşəkkür edib.
Mənbə: daily.afisha.ru
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
50
oxu.az

10Mənbələr