AZ

Cənubi Koreya altı ildə ilk dəfə sərhəddə atəş açdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Cənubi Koreya 6 illik fasilədən sonra Şimali Koreya ilə sərhədə yaxın poliqonlarda atəş təlimlərinə yenidən başlayıb.
Təlimlər "K-9" özüyeriyən artilleriya qurğularının iştirakı ilə Kyongido və Kanvondo əyalətlərində keçirilib.
Bundan əvvəl Şimali Koreya yeni növ "Hwasongpho-11Da-4.5" ballistik raketinin sınaq buraxılışını həyata keçirib. Mərkəzi Teleqraf Agentliyinin (KCNA) məlumatına görə, yeni növ raket 4,5 tonluq döyüş başlığı daşıya bilən taktiki ballistik raketdir. Sınaq uçuşu maksimum 500 km məsafəyə həyata keçirilib.
Qeyd edək ki, 4 iyun tarixində Cənubi Koreya 19 sentyabr 2018-ci ildə imzalanmış gərginliyin azaldılması haqqında sazişin icrasını tamamilə dayandırmaq qərarına gəlib. Bu qərar Şimali Koreyanın zibil dolu şarları yenidən buraxmasından sonra qəbul edilib.
Mənbə: "Yonhap" Agentliyi
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
50
oxu.az

10Mənbələr