AZ

Güclü külək və dolu şimal-qərb bölgəsində ciddi fəsadlar törədib

Müşahidə olunan qeyri-sabit hava ölkənin şimal-qərb bölgəsində fəsadlar törədib.

Bakıvaxtı.az-ın məlumatına görə, axşam saatlarından başlayaraq Balakən, Zaqatala və Qax rayonları ərazisində hava şəraiti kəskin dəyişib.

Hər üç rayonun ərazisində güclü külək əsib, leysan yağıb və dolu düşüb. Balakən və Zaqatala rayonlarının ərazisində güclü külək nəticəsində irigövdəli ağaclar aşıb.

Qeyri-sabit hava şəraiti Qax rayonunda da fəsadlara səbəb olub. Dolu nəticəsində təsərrüfatlara ziyan dəyib. Güclü külək ağacları yollara aşırıb. Nəticədə Zaqatala-Qax avtomobil yolunun Qaxın Zərnə kəndi ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkəti mümkün olmayıb.

Aşan ağaclar elektrik təsərrüfatına da ziyan vurub. Nəticədə rayona elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda Qax rayonunda elektrik enerjisinin bərpası istiqamətində işlər aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
bakivaxti.az

6Mənbələr