AZ

HadisəZaqatala-Qax yolu bağlanıb - VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73

Müşahidə olunan qeyri-sabit hava ölkənin şimal-qərb bölgəsində fəsadlar törədib.

Far.Az xəbər verir ki, axşam saatlarından başlayaraq Balakən, Zaqatala və Qax rayonları ərazisində hava şəraiti kəskin dəyişib.

Bu səbəbdən Zaqatala-Qax yolu bağlanıb.

"Report"un məlumatına görə, hər üç rayonun ərazisində güclü külək əsib, leysan yağıb və dolu düşüb. Balakən və Zaqatala rayonlarının ərazisində güclü külək nəticəsində irigövdəli ağaclar aşıb.

Qeyri-sabit hava şəraiti Qax rayonunda da fəsadlara səbəb olub. Dolu nəticəsində təsərrüfatlara ziyan dəyib. Güclü külək ağacları yollara aşırıb. Nəticədə Zaqatala-Qax avtomobil yolunun Qaxın Zərnə kəndi ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkəti mümkün olmayıb.

Aşan ağaclar elektrik təsərrüfatına da ziyan vurub. Nəticədə rayona elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda Qax rayonunda elektrik enerjisinin bərpası istiqamətində işlər aparılır.

Far.Az VİDEO Посмотреть эту публикацию в Instagram

Публикация от @baku.ws_official

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
far.az

6Mənbələr