AZ

“Zirə”nin rəqibi Malta yığmasının qapıçısını transfer edib

“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi heyətinə qapıçı cəlb edib.

İdman.biz xəbər berir ki, Tiraspol klubu maltalı Rəşid Əl-Tumi ilə müqavilə bağlayıb.

Son iki mövsümü “Slima Uonderers”də (Malta) keçirən 23 yaşlı qapıçı “Palermo”nun aşağı yaş qruplarında forma geyinib. O, İtaliyada “Kasarano”, “Arzakena” və “Noçerina”da çıxış edib.

Qeyd edək ki, Əl-Tumi 2024-cü ildə Malta yığmasında debüt edib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
idman.biz

2Mənbələr