AZ

"Zirə"nin rəqibi “Palermo”nun yetirməsi ilə müqavilə bağlayıb

"Zirə"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şerif" heyətinə qapıçı cəlb edib. Sport24.az xəbər verir ki, Tiraspol klubu maltalı Rəşid Əl-Tumi ilə müqavilə bağlayıb.
 
Son iki mövsümü "Slima Uonderers"də (Malta) keçirən 23 yaşlı qapıçı "Palermo"nun aşağı yaş qruplarında forma geyinib. O, İtaliyada "Kasarano", "Arzakena" və "Noçerina"da çıxış edib.
 
Qeyd edək ki, Əl-Tumi 2024-cü ildə Malta yığmasında debüt edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
sport24.az

2Mənbələr