AZ

İsrail Qəzzada qaçqın düşərgəsinə hücum edib, 42 nəfər ölüb

İsrail ordusunun Qəzza şəhərinin qərbindəki Şati Qaçqınlar Düşərgəsi və şərqdəki Tuffah bölgəsinə təşkil etdiyi hücumlarda ilkin hesablamalara görə 42 fələstinli həyatını itirib, çoxlu sayda fələstinli isə yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Şati Qaçqınlar Düşərgəsinə edilən hava hücumlarında mülki şəxslərə aid 7 evin birbaşa hədəfə alınaraq bombalandığını, ümumilikdə 20 evin hücumlardan ciddi ziyan gördüyünü bildirib.

Digər tərəfdən, İsrail ordusu sosial media hesabından verdiyi açıqlamada Qəzzada hücumların baş verdiyi bölgələrin "Həmas tərəfindən hərbi məqsədlər üçün istifadə edildiyini" iddia edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
operativmm.az

2Mənbələr