AZ

İsrail Qəzzada qaçqın düşərgəsinə və məhəlləyə hücum edib: 42 nəfər ölüb

İsrail ordusunun Qəzza şəhərinin qərbindəki Şati Qaçqınlar Düşərgəsi və şərqdəki Tuffah bölgəsinə təşkil etdiyi hücumlarda ilkin hesablamalara görə 42 fələstinli həyatını itirib, çoxlu sayda fələstinli isə yaralanıb.
Elchi.az xəbər verir ki, Qəzzada hökumət rəsmilərinin mətbuata verdiyi açıqlamaya görə , İsrail ordusu Şati Qaçqınlar Düşərgəsi və Tuffah bölgəsinə hava zərbələri endirib.
İlkin hesablamalara görə, Şati Qaçqınlar Düşərgəsində 24, Tuffah rayonunda isə 18 fələstinli həyatını itirib, çoxlu sayda fələstinli yaralanıb.
Şahidlər Şati Qaçqınlar Düşərgəsinə edilən hava hücumlarında mülki şəxslərə aid 7 evin birbaşa hədəfə alınaraq bombalandığını, ümumilikdə 20 evin hücumlardan ciddi ziyan gördüyünü bildirib.Nuranə Məmmədova 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
elchi.az

2Mənbələr