Birləşmiş Ştatlar Çinlə mümkün müharibəyə hazırlaşmalıdır.AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan general-mayoru Con G. Ferrari bildirib. Bu fikirləri o, "Daily Mail"ə müsahibəsində deyib.Ferrari Çin istehsalçılarının ABŞ-ın müdafiə sisteminə dərindən inteqrasiya etdiklərini bildirib. Onun fikrincə, Pekin tədarük kanallarını kəsməklə ABŞ-ın silahlanmasının qarşısını ala bilər: "Əgər biz Çinlə müharibə vəziyyətində olsaydıq və onlar komponentlərin tədarükünü dayandırsaydı, biz lazım olan təyyarələri və silahları yarada bilməzdik. Təchizat zəncirlərimizi potensial müharibə üçün hazırlamağa indidən başlamalıyıq".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta