Qazaxıstanın paytaxtı Astanada çoxmərtəbəli binada baş verən yanğın lokallaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Dinara Nurqaliyeva məlumat verib.
“Xilasedicilər əraziyə baxış keçirməyə davam edirlər. Bu vaxta qədər ölən və yaralananlar barədə məlumat daxil olmayıb”, - o bildirib.
Onun sözlərinə görə, binanın yaşayış sahəsi 8 min kvadratmetrdən çoxdur, ilkin yanğın sahəsi 180 kvadratmetrdir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta