Qazaxıstanın paytaxtı Astanada 26 mərtəbəli yaşayış kompleksində yanğın baş verib.
Redaktor.az xəbər verir ki, bu haqda ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Astana yanğınsöndürmə bölmələri çağırışla Turan 37/9 ünvanına gəliblər. Hadisə yerinə gələn yanğınsöndürənlər yaşayış kompleksinin çöl üzlüyünün yandığını müəyyən ediblər. Əraziyə 16 texnika və 72 nəfər cəlb olunub”, - deyə məlumatda qeyd olunub.
Qazaxıstan FHN hadisə yerində qərargah yaradıldığını bildirib. Qeyd olunub ki, xilasedicilər artıq biri uşaq olmaqla 8 nəfəri təxliyə ediblər.
Son məlumata görə, Qazaxıstanın paytaxtı Astanada çoxmərtəbəli binada baş verən yanğın lokallaşdırılıb.