AZ

Ukrayna Avropadan elektrik enerjisi idxalında rekord artım qeydə almaq istəyir

Ukrayna Avropadan elektrik enerjisi idxalında rekord artım qeydə almaq istəyir

Ukrayna Avropa ölkələrindən elektrik enerjisi idxalında rekord artıma imza atmağa hazırlaşır. AFN.az xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi öz Telegram kanalında məlumat yayıb.Elektrik enerjisi idxalının saatda 33,5 min meqavattı ötəcəyi gözlənilir. Bununla yanaşı, Energetika Nazirliyi ixracın gözlənilmədiyini bəyan edib.Xəbər verildiyi kimi, iyunun 18-də Avropa ölkələrindən idxal saatda 25,7 min meqavat, iyunun 19-da isə 28 min meqavat/saat təşkil edib. Daha sonra saatda 27,5 min meqavata çatıb.Ukraynaya elektrik enerjisi idxalının səviyyəsi də iyunun 21-də münaqişə başlayandan bəri ən yüksək həddə çatıb. Mayda ölkə idxalı aprel ayı ilə müqayisədə 1,7 dəfə - 35,1 milyon dollar artırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
4
afn.az

10Mənbələr