"Football-plus.az" xəbər verir ki, yığmanın baş məşqçisi Roberto Martines matçdan öncə açıqlama verib. İspan mütəxəssis rəqibin zəif tərəflərini bildiklərini deyib:
"Türkiyə millisi Hakan Çalhanoğlu kimi təcrübəli oyunçulara sahibdi. Montella yaxşı sistem qurub. Rəqib çox gənc və qaçan komandadı. Gürcüstanla matçda türk azarkeşlərin dəstəyini gördük. Oyunu nəzarətdə saxlamalıyıq. Türkiyə millisi hücum futbolu oynayır, amma müdafiəyə daha çox önəm verirlər. Rəqibin əksikliklərini bilirik".