AZ

"Türkiyə millisi müdafiəyə daha çox önəm verir" - Roberto Martines

Portuqaliya millisi bu gün AÇ-2024-ün F qrupunun ikinci turu çərçivəsində Türkiyə seçməsi ilə qarşılaşacaq.

"Football-plus.az" xəbər verir ki, yığmanın baş məşqçisi Roberto Martines matçdan öncə açıqlama verib. İspan mütəxəssis rəqibin zəif tərəflərini bildiklərini deyib:

"Türkiyə millisi Hakan Çalhanoğlu kimi təcrübəli oyunçulara sahibdi. Montella yaxşı sistem qurub. Rəqib çox gənc və qaçan komandadı. Gürcüstanla matçda türk azarkeşlərin dəstəyini gördük. Oyunu nəzarətdə saxlamalıyıq. Türkiyə millisi hücum futbolu oynayır, amma müdafiəyə daha çox önəm verirlər. Rəqibin əksikliklərini bilirik".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
1
football-plus.az

2Mənbələr