Yunanıstanda COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilənlərin sayında artım olduğu bildirilib.
Sfera.az xəbər verir ki, bu barədə Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatı (EODY) məlumat yayıb.
Məlumatda qeyd olunub ki, 10-16 iyun tarixləri arasında COVID-19 epidemiyası səbəbiylə xəstəxanaya yerləşdirilən xəstələrin sayı 324 nəfər olub.
Qeyd edək ki, həmin tarixlərdə koronavirusdan 5 nəfər dünyasını dəyişib, 12 nəfər intubasiya olunub.
Ülkər Abdurahmanlı